15 sen 2023 14:55
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 15-də G77 və Çin Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Kuba Respublikasının Havana şəhərinə işgüzar səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən xəbərə görə, Kubanın beynəlxalq hava limanında Milli Məclisin sədrini Kubanın ədliyyə naziri Oskar Silvera Martinez, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın G77 və Çin Qrupunun Zirvə görüşündə çıxışı nəzərdə tutulub.