26 sen 2023 14:33
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauer Azərbaycana səfər edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyana istinadən məlumat yayıb.
Bildirilib ki, USAİD direktoru Samanta Pauerin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Ermənistandan sonra Azərbaycana səfər edəcək.
Qeyd edək ki, Samanta Pauer və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim dünəndən Ermənistanda səfərdədirlər.