METBUAT.AZ

Siyasət

Şarl Mişel Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

10 sen 2023 16:38

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.

Metbuat.az xəbər verir ki, Şarl Mişel bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Görüşdə Avropa İttifaqı - Türkiyə münasibətlərinin tam spektri, Qara Dəniz Taxıl Təşəbbüsü və regional vəziyyət, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri müzakirə edildi", - Şarl Mişel sosial şəbəkə hesabında yazıb.


metbuat.az.