METBUAT.AZ

Ölkə

Şəkidə selin yollarda yaratdığı fəsadlar

1 sen 2023 12:35

Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şəki rayonu ərazisində fəsadlara səbəb olub.

Metbuat.az xəbər verir ki, yağan güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Aparılan işlər çərçivəsində rayonun Aydınbulaq, Aşağı Daşağıl, Şirinbulaq, Əlyar, Cəyirli və Qozlubulaq kəndlərində avtomobil yollarında sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yollarda açılmış yarğanlar bərpa olunub, sıradan çıxmış küvetlər yenidən qurulub, sözügedən yolların hər birində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.


metbuat.az.