12 sen 2023 10:52
Astroloqlar 2023-cü ilin sentyabrında maliyyə perspektivləri, romantik münasibətlər, karyerada yüksəlişə nail olacaq bürclər haqqında proqnoz veriblər.
Metbuat.az üzünə uğur qapısı açılacaq dörd bürc haqqında məlumatı təqdim edir:
Siyahıya Buğalar liderlik edir. Sentyabrda onların həyatına maddi dəbdəbə və maliyyə sabitliyi daxil olacaq. Bu ay alış-veriş etməyi və pul xərcləməyi sevən Buğalar da rahat davranıb istədikləri kimi əylənə bilərlər.
Əkizlər bürcü qadınları hər kəsdən çox dəyişiklik istəyirlər. Onlar üçün azadlıq müqəddəs sayılır və heç vaxt bu xüsusiyyətlərini qurban vermək istəməyəcəklər. Sentyabrda əkizlər dostlarını sınaqdan keçirəcəklər. Ola bilsin ki, bəzi dostluq etdiyi şəxslərin saxta parıltısı Əkizlərin gözlərində sönə bilər. Çünki ikili xarakterli olsa da, Əkizlər sədaqətə çox önəm verirlər. Hər zaman həyatda yeni bir şey istəyən Əkizlər bu ay bir az maliyyə çətinliyi ilə qarşılaşsalar da, yeni ideyaların çoxluğu onları problemlərdən uzaqlaşdıracaq.
Rasional və realist düşüncəyə malik Qızlar hər zaman punktuallığı qiymətləndirir və detallara çox diqqət yetirirlər. Sentyabrda Qızlar üçün mənəvi yüksəlişin pik həddində münasibətlər gözlənilir. Qız bürcü qadınının qəlbini fəth etmək asan deyil. O, kiçik səhvləri və incəlikləri aşkar etməkdə çox diqqətlidir. Bəzən o, bu detallara həddindən artıq diqqət yetirir və qərar qəbul etməyi çətinləşdirir. Odur ki, Qızla münasibət planlaşdıran digər bürc nümayəndələri bu ay bu detallara xüsusilə fikir verməlidirlər.
Dostluğu ailədən üstün tutan Dolçalar uzaqgörən baxışları ilə yaşadıqları cəmiyyətə böyük təsir göstərirlər. Dolça qadınları onları başqalarından fərqləndirən qeyri-adi keyfiyyətlərə malikdir. Onlar ağıllı və qeyri-ənənəvidirlər, bu da başqalarının onlarla ayaqlaşmasını çətinləşdirir. Bu ay Dolçalar ailə və uşaq mövzularında bir qədər çətinliklə üzləşsələr də, mühitlərində unikal harmoniyanı tapmağı bacaracaqlar. Təşəbbüskar və mehriban olan Dolçalar ilin 365 günü nə istədiklərini yaxşı bildikləri üçün hər zaman bir addım öndə olurlar.