8 sen 2023 15:23
Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı rejimin qondarma “parlamenti” sabah saat 11:00-da “növbədənkənar iclas” keçirəcək və yeni "rəhbər" seçəcəklər.
Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, hazırda iki nəfərin adı çəkilir - "dövlət naziri" adlandırılan Samvel Şahramanyan və “keçmiş müdafiə naziri” Samvel Babayan.
Ermənistan Milli Aseemblyasının məlumatına görə, qondarma “parlament” son 10 il ərzində Qarabağda yaşamadığına görə Samvel Babayanın sənədlərini geri qaytarıb. Bu isə onun tərəfdarlarının etirazına səbəb olub. Samvel Babayanın tərəfdarlarının sabahkı aksiya keçiriləcəyi bildirilir.