METBUAT.AZ

Dünya

Şimali Koreya ilə əməkdaşlıq üçüncü ölkəyə qarşı deyil -

13 sen 2023 12:27

Rusiya ilə Şimali Koreya arasındakı münasibətlər digər ölkələr üçün narahatlıq yaratmamalıdır, çünki bu münasibətlər onların heç birinə qarşı deyil.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. Liderlər arasında görüşün baş tutduğu Vostoçnıy kosmodromunda “Rossiya” televiziyasına müsahibə verən Peskov bildirib ki, Rusiya ilə Şimali Koreya arasındakı əlaqələr yalnız iki suveren ölkə ilə bağlıdır və üçüncü dövlətləri narahat etməməlidir. Onun sözlərinə görə, əməkdaşlıq iki ölkə xalqlarının rifahı üçün həyata keçirilir.

Rusiyanın BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı sanksiyaları dəstəkləməsinin ikitərəfli əlaqələrə maneə olub-olmaması ilə bağlı suala Peskov belə cavab verib: “Rusiya BMT və BMT Təhlükəsizlik Şurasında sanksiyalarla bağlı mövqeyini dəyişməyib. Lakin bu, ikitərəfli münasibətlərin inkişafına mane ola bilməz olmamalıdır və olmayacaq”.


metbuat.az.