METBUAT.AZ

Dünya

Şimali Koreya lideri barədə ölüm əmri verildi

15 sen 2023 16:14

Ukrayna hökuməti ilə əlaqəsi olduğu iddia edilən “Myrotvorets” adlı qrup Rusiya Prezidenti Vladimir Putinlə görüşən Şimali Koreya lideri Kim Çen Inı “Ukraynanın ölüm siyahısı”na əlavə edib.

Metbuat.az xəbər verir ki, qrup Ukraynaya işğalı açıq şəkildə dəstəkləyən Şimali Koreya lideri Kim Çen Inı Kiyevin qara siyahısına salıb. Bu barədə “Myrotvorets” adlı qrup açıqlama verib. “Myrotvorets” dərc etdiyi elanda Kim haqqında şəxsi məlumatı da yerləşdirib.

Qeyd edək ki, bundan əvvəl qrupun siyahısında olan ukraynalı yazıçı Oles Buzina və siyasətçi Oleq Kalaşnikov öldürülüb.


metbuat.az.