METBUAT.AZ

Gündəm

"Sosial şəbəkələrdə orduya aid görüntülər yayan şəxslər həbs edilməlidir" -

5 sen 2023 14:35

Vətəndaşların sosil şəbəkədə yaydıqları görüntü ordunun fəaliyyətinə maneə yaradır.

Metbuat.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, orduya məxsus görüntülər onların fəaliyyətləri üçün problem yaradır: "Dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan auditoriyasında ordumuzun hərəkələrini əks etdirən bəzi görüntülər sosial şəbəkələrdə, xüsusilə "TikTok"da paylaşırlar. Bu görüntülərin bəziləri ordunun əvvəlki təlimləri ilə bağlıdır. Buna baxmayraq vətəndaşlar həmin görüntüləri yeni görüntülər kimi ictimaiyyətə təqdim edirlər. Bununla da ordunun həyat və fəaliyyəti üçün problemlər yaratmaqdan həzz alırlar".

Ekspert bildirib ki, bu kimi paylaşımların qarşsını almaq üçün tədbir görülməli, əks halda isə həmin şəxslər cərimələnməli və ya həbs olunmalıdır:

"Belə halların qarşısının alınması üçün heç olmasa inzibati cərimələr tutulmalıdır. Bəlkə, bu addım bəzi beyinləri yanlış addım atmaqdan çəkindirsin. Deməklə, müraciət və ya xahiş etməklə bu məsələnin qarşısı alına bilmir. Daha sərt addımlar atılmalıdır. İlk dəfə üçün inzibatı xəta, ikinci və ya sonrakı belə fəaliyyətlət üçün həbslər də nəzərdə tutulmalıdır".

Gülər Seymurqızı


metbuat.az.