14 sen 2023 12:40
"İrəvan ağlabatan müddətdə sülh sazişi ilə bağlı təkliflərini Bakıya təqdim edəcək".
Metbuat.az Ermənistan KİV-nə istinadən xəbər veirr ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.
O qeyd edib ki, sülh region ölkələrinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin edə biləcək yeganə məsələdir: "Ermənistan Azərbaycandan sülh sazişinin mətni ilə bağlı yeni təkliflər alıb. Biz bunun üzərində işləyəcəyik və ağlabatan vaxt ərzində təkliflərimizi təqdim edəcəyik. Regionumuzda sülhün alternativi yoxdur, bu, region ölkələrinin təhlükəsizliyini və ərazi bütövlüyünü təmin edən yeganə həll yoludur".