19 sen 2023 17:59
Rusiyanın Qarabağda silahdan istifadə hüququ yoxdur.
Metbuat.az "Interfax"a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib. Rusiyalı general-polkovnik Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərini şərh edərkən qeyd edib:
“Nə qədər ki, Rusiya sülhməramlılarının özləri təhdid edilmir, onların silahdan istifadə etmək hüququ yoxdur”.