30 sen 2023 12:19
Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosse yolu gələn ilin birinci rübünə hazır olacaq.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov II Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zaman deyib.
O qeyd edib ki, növbəti bir neçə ildə Şuşada bütün küçə infrasturkturunu tamamilə hazır etməyi nəzərdə tutulur.