19 sen 2023 17:19
Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb.
Metbuat.az bildirir ki, bu barədə DTX, DSX, DİN və Baş Prokurorluğun birgə brifinqində məlumat verilib.
Faktla bağlı cinayət işi başlanıb