METBUAT.AZ

Dünya

Tanınmış komandan öldürüldü

26 sen 2023 10:05

Ötən həftə Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahını vurması nəticəsində Rusiya Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun həlak olduğu iddia edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələri açıqlama verib.

Ukrayna qüvvələrinin “Minsk” desant gəmisini vurması nəticəsində 62 rus əsgərinin öldüyü iddia edilib. “Rusiya Federasiyasının Qara dəniz donanmasının qərargahına endirilən zərbə nəticəsində 34 zabit, o cümlədən Qara dəniz donanması Dəniz Donanması Komandiri həlak olub, 105 əsgər yaralanıb” – açıqlama deyilir.

Qeyd edək ki, Rusiyanın Qara dəniz donanmasının komandanı Sokolov bu vəzifəyə ötən ilə gətirilib.

Rusiyanın Müdafiə Nazirliyi Sevastopolda Rusiyanın Qara dəniz donanmasına edilən hücumla bağlı açıqlamasında, "Kiyev rejimi Sevastopol şəhərinə raket hücumu etdi. Hücum dəf edilərkən, 5 raket vuruldu. Hücum nəticəsində binaya ziyan dəyib, bir əsgər itkin düşüb” deyə bildirmişdi.


metbuat.az.