METBUAT.AZ

Gündəm

Təkrar sertifikatlaşdırmadan keçməyən bəzi şəxslərin çalışmalarına

4 sen 2023 17:05

Təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən həssas qrupa aid şəxslərin pedaqoji fəaliyyətdə olmasa da, məktəbdaxili digər vəzifələrdə çalışmalarına imkan yaradıla bilər.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli brifinqdə deyib.

Nazir müavini bildirib ki, bununla bağlı dəqiq məlumat yaradılan komissiyanın fəaliyyəti nəticəsində məlum olacaq.


metbuat.az.