3 sen 2023 15:31
Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması).
“Boeing 787-9” təyyarəsi yerli vaxtla saat 05:15-də Bakı hava limanına enib.