METBUAT.AZ

İdman

Türk klublarının transfer xərcləri rekord vurdu -

16 sen 2023 11:52

Türkiyə Superliqasında çıxış edən klublar yay transfer dönəmində futbolçu transferlərinə 147,1 milyon avro xərcləyiblər.

Metbuat.az "Sabah"a istinadən xəbər verir ki, bu, çempionatda bütün zamanlar üçün rekord göstərici hesab edilir. 20 komanda yayda 267 oyunçunun keçidini rəsmiləşdirib.

Yay transfer dönəminin ən bahalı transferini isə "Fənərbağça" gerçəkləşdirib. İstanbul təmsilçisi Cengiz Ündər üçün Fransa "Marsel"inə 15 milyon avro ödəyib.

Bundan əlavə, klublar oyunçu satışından 114,3 milyon avro gəlir əldə ediblər. Bunun isə 56,8 milyon avrosu "Fənərbağça"nın payına düşüb.


metbuat.az.