11 sen 2023 17:15
Türkiyə mediası Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olan Şahrudin Məhəmmədəliyevdən yazıb.
Metbuat.az xəbər verir ki, türk mediası qapıçının “Belçika” ilə oyunda uğurlu oyununa diqqət çəkib. Yerli media yazır ki, “Adana Dəmirspor"un yeni transferi Şahrudin Məhəmmədəliyev Avro-2024-ün seçmə mərhələsində Belçika ilə oyunda Azərbaycanın ən yaxşı futbolçusu seçilib.
Qeyd edilib ki, Belçika ilə görüşdə 6 seyv edən Şahrudin fərqin artmasının qarşısını alıb. Qeyd edək ki, Azərbaycan millisi evdə Belçikaya 0-1 hesabı ilə məğlub olub.