4 sen 2023 09:28
Türkiyənin qadın voleybolçulardan ibarət millisi Avropa çempionu olub.
Metbuat.az xəbər verir ki, komanda finalda Serbiya ilə qarşılaşıb. Setlərdə 1:2 geridə olan Türkiyə yekunda 3:2 hesabı ilə qalib gələrək bu titula yiyələnib.
Türkiyə - Serbiya - 3:2 (25:27, 25:21, 22:25, 25:22, 15:13)
Beləliklə, Türkiyə millisi tarixində ilk dəfə Avropa çempionu olub.