METBUAT.AZ

İdman

Türkiyə millisindən qovulan Stefan Kuntza bu qədər təzminat ödənəcək

21 sen 2023 17:12

Türkiyə Milli Futbol Komandası ilə ardıcıl məğlubiyyətlərdən sonra qovulan alman məşqçi Stefan Kuntz barəsində diqqətçəkən iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, Ermənistanla heç-heçə və Yaponiyaya 2:4 hesablı məğlubiyyətdən sonra Stefan Kuntz postundan göndərilib. Məlumata görə, Türkiyə Futbol Federasiyası məşqçini postundan göndərdiyi üçün ona təzminat ödəyəcək. “Sabah” qəzetinin məlumatına görə, Türkiyə Futbol Federasiyası Stefan Kuntza təqribən 1,2 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Ermənistanla heç-heçə və Yaponiyaya 2:4 hesablı məğlubiyyətdən sonra Stefan Kunts tənqid edilmişdi. Onun əsas heyət seçimi birmənalı qarşılanmayıb.


metbuat.az.