METBUAT.AZ

Hadisə

Türkiyə vətəndaşına qarşı dələduzluq edən şəxsə

11 sen 2023 11:39

Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Şıxəhmədliyə məhkəmə prosesi yekunlaşıb.

Metbuat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən Elnur Şıxəhmədli 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2019-cu ildə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Engin LTD” MMC-nin direktoru, Türkiyə vətəndaşı Gerkan Andaç polisə şikaət edərək bildirib ki, Bakı şəhər sakini Elnur Şıxəhmədli şirkətdən, ümumilikdə, 40 min manatdan çox uşaq bezləri, diş məcunu, yuyucu vasitələr və s. məhsullar alıb, lakin pulunu ödəməyib.


metbuat.az.