2 sen 2023 20:13
Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 3-də İrana səfər edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın dəvəti ilə baş tutacaq.
Məlumata görə, görüşdə iki dövlət arasında əməkdaşlıq, həmçinin cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.