METBUAT.AZ

Gündəm

Türkiyənin Müdafiə Nazirliyindən Qarabağla bağlı açıqlama

28 sen 2023 14:22

“Qarabağda keçirilən antiterror tədbirlərindən sonra regiondakı durumu yaxından izləyirik”.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhü dəstəkləməyə davam edir: “Qarşılıqlı hərbi təlimlərimiz, məsləhətləşmələrimiz davam edir, azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrini dəstəkləyirik. Qəhrəman Azərbaycan Ordusunun 30 ildir işğal altında olan torpaqlarını azad etmək məqsədilə başlatdığı və 44 gün davam edən müharibənin ildönümü - 27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin. Qəhrəman qazilərimizi hörmət və minnətdarlıqla yad edirik”.


metbuat.az.