12 sen 2023 11:42
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, Türkiyəyə F-16 təyyarələrinin satışı ilə İsveçin NATO üzvlüyü arasında əlaqənin olmadığını ifadə edib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, bu məsələlər ayrı-ayrı mövzulardır. Metyu Miller Türkiyəyə F-16 təyyarələrinin satışı ilə bağlı hələlik razılıq olmadığını ifadə edib.
"Heç bir əlaqənin olmadığını və olmamalı olduğunu düşünürük. Ancaq daha əvvəl Türkiyə hökumətinə ifadə etdiyimiz kimi, satış ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir. Bu prosesdə tək aktyor biz deyilik” - Metyu Miller deyib.