METBUAT.AZ

Dünya

Ukrayna Krımdakı ordu qərargahını bombaladı

22 sen 2023 16:44

Rusiyanın ilhaq etdiyi Krım yarımadasındakı Sevastopolda Rusiya Qara Dəniz Donanmasının qərargahına raket hücumu həyata keçirilib.

Metbuat.az xəbər verir ki, hücumdan sonra hadisə yerinə təcili yardım qrupları göndərilib. Ölənlərlə bağlı araşdırmalar davam edir. Qondarma Sevastopol qubernatoru Mixail Razvojayev bildirib ki, düşmən donanma qərargahına raket zərbəsi endirib və bir parça Lunaçarski teatrının yanına düşüb.Razvocayev hadisə yeri ilə bağlı foto və videoların sosial şəbəkələrdə paylaşılmamasını xahiş edib.

Razvocayev ikinci açıqlamasında yeni raket hücumunun ola biləcəyini açıqlayıb və vətəndaşları şəhərin mərkəzinə gəlməməyə və binaları tərk etməməyə çağırıb.


metbuat.az.