METBUAT.AZ

Dünya

Ukrayna Rusiya ordusunun elit bölmələrini

19 sen 2023 10:08

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Baxmut istiqamətində hücum zamanı Rusiya ordusunun elit bölmələrini məğlub edib.

Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (Institute for the Study of War – ISW) məlumat yayıb.

Məlumata əsasən, hücum zamanı motoatıcı briqada, Hava-Desant Qüvvələrinə məxsus briqada və bir sıra digər hərbi birləşmələr məhv edilib.

Qeyd edilib ki, bu hava-desant bölmələri əks-hücumlarda və Müdafiə Qüvvələrinin hücum əməliyyatını dayandırmaq cəhdlərində iştirak edib.


metbuat.az.