18 sen 2023 13:48
Ukrayna müdafiə nazirinin bütün müavinləri işdən çıxarılıb.
Metbuat.az "UNİAN"a istinadən xəbər verir ki, bu barədə hökumətin Ukrayna Ali Radasındakı (parlament) nümayəndəsi Taras Melniçuk “Telegram”da məlumat yayıb.
Bildirilir ki, Ukrayna müdafiə nazirinin müavinləri Anna Malyar, Vitali Deyneqa, Denis Şarapov, Vladimir Qavrilov, Rostislav Zamlinski və Andrey Şevçenko vəzifəsindən azad edilib.
Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşşenko da vəzifəsindən azad edilib.