METBUAT.AZ

İdman

Ulduz oyunçu zədələndi -

30 sen 2023 12:21

"Barselona"nın futbolçusu Rafinya zədələnib.

Metbuat.az xəbər verir ki, o, La Liqanın 8-ci turunda "Sevilya"ya qarşı matçda zədələnərək əvəzlənib.

Onun ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdir ki, Rafinya oktyabrın 28-də keçiriləcək “El Klassiko”nu buraxacaq.

Qeyd edək ki, Pedri və De Yonq da "Real"a qarşı görüşdə zədə səbəbindən oynamayacaq.


metbuat.az.