6 sen 2023 14:31
Ukrayna Ali Radası Rüstem Umerovun müdafiə naziri təyin edilməsini təsdiqləyib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Ali radada 338 səslə onun təyin edilməsinə səs verib.
Qeyd edək ki, 2022-ci ildə Umerov Dövlət Əmlak Fonduna rəhbərlik edib, bundan əvvəl isə Radanın deputatı və İnsan Hüquqları və işğal olunmuş ərazilərin işğaldan azad edilməsi komitəsinin katibi olub.