METBUAT.AZ

Dünya

Üzr istəsə də etirazlar səngimədi -

27 sen 2023 12:24

Kanada İcmalar Palatasının spikeri Entoni Rota nasist əsgərinə ehtiram göstərdiyinə görə istefa verib.

Metbuat.az xəbər verir ki, bundan əvvəl nasist əsgərinə ehtiram göstərdiyinə görə üzr istəyən spikerə qarşı etriazlar səngiməyib. Buna görə də, o istefa verib.

Qeyd edək ki, Kanadada parlamentin aşağı palatası olan İcmalar Palatasının spikeri Entoni Rota İkinci Dünya Müharibəsində nasistlər üçün döyüşmüş şəxsə ehtiram göstərib. Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenskinin Kanada İcmalar Palatasındakı çıxışından sonra Rota zalda olan 98 yaşlı Yaroslov Hunkanı “müharibə qəhrəmanı” kimi təqdim edib və ona xidmətlərinə görə təşəkkür edib.

Parlament üzvləri tərəfindən alqışlarla qarşılanan Hunkanın İkinci Dünya Müharibəsində nasistlərin tərəfində vuruşduğu ortaya çıxdıqdan sonra Rota sərt tənqidlərə məruz qalıb. O, parlament üzvlərinin və Ukrayna nümayəndə heyətinin Hunkanın adını çəkəcəyindən xəbərsiz olduğunu irəli sürüb.


metbuat.az.