27 sen 2023 15:53
Xəbər verdiyimiz kimi, qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” Ruben Vardanyan bu gün saxlanılıb.
Metbuat.az xəbər verir ki, o, Laçın sərhəd-keçid məntəqəsindən qaçmaq istəyərkən hərbçilərimiz tərəfindən ələ keçirilib.
Sosial şəbəkələrdə onun sərhəddən qaçmaq istəyərkən istifadə etdiyi avtomobilin fotosu yayılıb.
Qeyd edək ki, Vardanyan istintaqa təhvil verilməsi üçün Bakıya gətirilib.