28 sen 2023 15:28
Erməni mətbuatı gözlənildiyi kimi Ruben Vardanyanın saxlanılması barədə ardıcıl xəbərlər dərc edir.
Metbuat.az xəbər verir ki, Vardanyanın saxlanılması Ermənistanda şok yaradıb. “Armenian Times” qəzeti onun tam adının Ruben Karlenoviç Vardanyan olduğunu, Laçındakı sərhəd-keçid məntəqəsində saxlanıldığını yazıb. Qəzet Kremlin həbslə bağlı heç bir məlumatı olmadığını bildirməsinə də yer verib.
“168 Zham” (168 saat) qəzeti yazıb ki, keçmişdə Rusiya vətəndaşlığı olan Ruben Vardanyan indiki vəziyyətdə Moskvadan kömək ala bilmir. Qəzet İrəvan administrasiyasının Vardanyanın dosyesi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdiyini yazıb.
Qeyd edək ki, Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.