METBUAT.AZ

İqtisadiyyat

Vergi daxilolmaları

15 sen 2023 12:25

Cari ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 12 milyard 80,4 milyon manat vergi daxil olub.

Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 23,4 faiz və ya 2,3 milyard manat artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 865,6 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 20,5 faiz və ya 1 milyard 166,8 milyon manat artıb.


metbuat.az.