METBUAT.AZ

Region

Xaçatryanın səssizliyi erməniləri qəzəbləndirdi

30 sen 2023 12:28

Ermənistan prezidenti Vaaqn Xaçatryanın Qarabağda baş verən hadisələrə reaksiya verməməsi erməniləri qəzəbləndirib.

Metbuat.az xəbər verir ki, “Joqovurd”un məlumatıan görə, o, Qarabağda baş verənlərdən narahat deyil.

Qəzet yazır ki, Ermənistan prezidentinin rəsmi saytında onun fəaliyyəti ilə bağlı sonuncu məlumat sentyabrın 21-də Ermənistanın Müstəqillik gününü təbrik edən zaman olub: "Prezident sentyabrın 26-dək səssizliyini pozmayıb. Bu gün isə Çin səfiri ona etimadnaməsini təqdim edib və o, Çin səfirliyində olub. Xaçatryan dünən Çin prezidentini təbrik edib".

Nəşrin məlumatına görə, son 1 həftə ərzində Qarabağda baş verən hadisələrə Ermənistan prezidentinin reaksiya verməməsi tənqid edilib.


metbuat.az.