METBUAT.AZ

Ölkə

Xalq artistinin qızı

14 sen 2023 23:03

Mərhum Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovun qızı Xuraman Əsədova vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə ailənin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edək ki, 2021-ci ildə Xuraman Əsədovanın Ukraynada təhsil alan oğlu Emil Əsədov vəfat etmişdi. Gənc oğlunun vəfatından sonra onun səhhətində problemlərin yarandığı bildirilir.

Xatırladaq ki, V.Əsədov ötən il dünyasını dəyişib.


metbuat.az.