METBUAT.AZ

Siyasət

Xankəndidən gedən erməni:

16 sen 2023 14:09

"İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən İrəvana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur".

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Seyran Aqambekyan deyib.

O, İkinci Qarabağ müharibəsində qardaşını itirdiyini bildirib: "Mən üç il bundan əvvəl Qarabağda hərbi xidmətdə olmuşam. Daha doğrusu, Martunidə (Xocavənd - red.). İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Döyüşlərdə yaralanmamışam. Lakin ailə üzvlərimdən qardaşım döyüşlərdə həlak olub. Valideynlərim hələ ki Xankəndidədir. Lakin özüm İrəvana gedirəm. Çox güman, bir daha geri qayıtmayacağam".


metbuat.az.