20 sen 2023 09:58
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, sənəd qəbulu 30 sentyabr saat 23:59-da başa çatacaq.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.
Əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət edə bilərsiniz.