METBUAT.AZ

Hadisə

Xətaidə 15 yaşlı qız, Suraxanıda isə 12 yaşlı oğlan

28 sen 2023 09:08

Bakıda yeniyetmələr itkin düşüb.

Metbuat.az xəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 83-də yaşayan, 2007-ci il təvəllüdlü Sessiz Ayşə Yusif qızı sentyabrın 26-da yaşadığı evdən çıxıb geri və geri qayıtmayıb.

Bundan başqa Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan, 2011-ci il təvəllüdlü Rzayev Fuad Əliyusif oğlu sentyabrın 26-ı yaşadığı evdən çıxaraq itkin düşüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


metbuat.az.