METBUAT.AZ

Ölkə

XİN-də diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsi

16 sen 2023 10:59

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə işə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlərdə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.

Metbuat.az xəbər verir ki, yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.

23 sentyabr 2023-cü ildə keçiriləcək yazılı imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi xarici dil üzrə dinləmə mətninin təqdim olunması ilə başlanır.

Ətraflı bu linkdə tanış ola bilərsiniz: https://mfa.gov.az/az/news/no49623?fbclid=IwAR2TtU495aD3GvUCMHSSCeBufEBYRufKTHHUUDY_0egfPVEFqSOjHOB1C


metbuat.az.