23 sen 2023 08:25
“Bizim kimsənin torpağında gözümüz yoxdur. Prezidentimiz də bunu deyib”.
Metbuat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.
O söyləyib ki, Türkiyənin kimsənin torpağına ehtiyacı da yoxdur: “Bunu konkret formada deyirik. Biz təhlükəsiz şərait formalaşmadan Suriyanı necə tərk edə bilərik?”.
Nazir bildirib ki, “Zeytun budağı”, “Fırat qalxanı” kimi əməliyyatların məqsədi Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması idi: “İndi bəzilərinin bizim Suriyadan çıxmağımızı tələb etməyi ilə biz ərazini tərk etməyəcəyik. Əvvəlcə lazımi şərait yaradılmalıdır. Konstitusiya qəbul olunmalı, seçkilər keçirilməlidir. Hökumət qurulmalıdır. Bundan sonra məmnuniyyətlə Suriyadan çıxacağıq”.