18 sen 2023 11:53
Alman məşqçi Yoahim Löv Türkiyə millisini çalışdıra bilər.
Metbuat.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb. Bildirilir ki, 63 yaşlı çalışdırıcı bu vəzifəyə əsas namizədlərdən biri hesab olunur.
Qeyd edək ki, Yoahim Almaniya millisindən istefa verdikdən sonra - 2021-ci ilin yayından işsizdir.
Mətbuat Lövün Braziliya millisində işləyə biləcəyi ilə bağlı da məlumatlar yayıb. Lakin mütəxəssis bu şayiələri təkzib edib.