15 sen 2023 19:05
Əməkdar artist Yusif Mustafayev ona təklif olunan 30 minlik toydan imtina edib.
Metbuat.az xəbər verir ki, müğənni bu haqda "Həmin Zaur" proqramında danışıb. O bildirib ki, təyyarəyə minməkdən qorxduğu üçün xaricdəki toylardan imtina edir:
"Qazaxıstanda toya dəvət aldım. Dedi ki, 30 min dollar verirəm. Cavab verdim ki, niyə ürəyimi partladırsan? Təyyarəyə minə bilmirəm. Dedilər ki, anam üçün gəlin oxuyun. Amma imtina etdim".