METBUAT.AZ

İdman

"Yuventus", "Borussiya Dortmund", "Bavariya"... -

14 sen 2023 12:04

"Qalatasaray", "Yuventus", "Borussiya Dortmund" və "Bavariya"nın gənc ulduzlarını transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, gənc istedadları heyətinə qatmaq istəyən "Qalatasaray" gələcəyin komandasını qurur. Türkiyə mediasının məlumatına görə, "Qalatasaray"ın hədəfi xarici klublarda forma geyinən əslən türk olan istedadlı futbolçulardır. Bu baxımdan “Qalatasaray” Avropada türk pasportu olan gənclərin transferinə çalışır. Məlumata görə, "Qalatasaray" “Yuventus”un futbolçusu Kənan Yıldızla məhsuldar danışıqlar aparıb.

"Qalatasaray" 18 yaşlı hücumçunu birdəfəlik alma bəndi ilə icarəyə götürmək istəyir. "Qalatasaray"ın hədəfindəki növbəti futbolçu isə Dortmund "Borussiya"sında çıxış edən 17 yaşlı yarımmüdafiəçi Gökdeniz Gürpüzdür. Artıq onunla razılıq əldə edilib. “Bavariya”nın 19 yaşlı forvardı Eyüp Aydınla bağlı danışıqlar da məhsuldar keçir.


metbuat.az.