20 sen 2023 12:29
“İranın Zəngəzur dəhlizinin açılmasından narahat olmasının əsas səbəbi Ermənistanla əlaqəsinin kəsilməsi deyil. Əlbəttə bu da səbəbdir, lakin əsas narahatlıqlardan biri İranın parçalanma təhlükəsidir”.
Metbuat.az xəbər verir ki, Türkiyənin Baş Qərargah Kəşfiyyatının keçmiş rəisi İsmail Hakkı Pekin belə açıqlama verib. O bildirib ki, Zəngəzur dəhlizi açılandan sonra İran həmin ərazilərə sərhəd bölgələrdə yerləşən türk əsilli əhalisinin ayağa qalxacağından narahatdır. İranda hesab edirlər ki, Zəngəzur dəhlizi açılandan sonra burada türk ölkələrin fəaliyyəti intensivləşəcək və bu da İranda yaşayan türk əsilli sakinlərin ayağa qalxamasına səbəb olacaq. Bu isə İranın parçalanmasına gətirib çıxara bilər.