8 sen 2023 09:04
Gürcüstan prezidenti Salome Zurabişvili istefaya getməyəcəyini bildirb.
Metbuat.az xəbər verir ki, prezident Avropa ölkələrinə səfərlərini davam etdirəcəyini açıqlayıb:
"Vəzifədən getməyəcəyəm, hesab edirəm ki, hamı istefamı xəyal etməyi dayandırmalıdır, mən olduğum yerdəyəm. Amma hansı səfərə lazımdırsa gedəcəm, çünki bu, mənim ən yüksək konstitusiya borcumdur, bu ölkənin konstitusiyasını qoruyuram".
Qeyd edək ki, bundan əvvəl hakim partiya Zurabişvilinin impiçmenti təşəbbüsü ilə çıxış edib.