11 okt 2023 13:06
İsrailin Qəzza ilə sərhədə yaxın ərazisində yerləşən Nir Am kəndində HƏMAS silahlılarının hücumunun qarşısı alınıb.
Metbuat.az xəbər verir ki, hücumun qarşısı 25 yaşlı İnbar Lieberman adlı qadının cəsurluğu sayəsində alınıb. Yerli mənbələr yazır ki, 25 yaşlı qadın Qəzza zolağından 2,5 kilometr məsafədə yerləşən kəndə raket hücumlarından sonra quru hücumuna qarşı tədbirlər həyata keçirib. Regionda təhlükəsizlik koordinatoru kimi çalışan Lieberman qonşularına silahlar paylayaraq, HƏMAS silahlılarına qarşı tələlər qurub. Kəndilərin yaxşı mövqe tutması nəticəsində HƏMAS silahlıları hücum etsə də, kəndə daxil ola bilməyiblər.
Qarşıdurma nəticəsində 25 silahlı zərərsizləşdirilib. HƏMAS qonşu kəndlərə daxil olsa da, Nir Am kəndinə yaxınlaşa bilməyib. Sakinlər 25 yaşlı İnbar Liebermana “Qəhrəmanlıq” mükafatının verilməsini irəli sürüblər.