23 okt 2023 09:25
Türkiyəli məşqçi Fatih Terim İtaliyanın “Fiorentina” klubu ilə danışıqlar aparır.
Metbuat.az xəbər verir ki, tərəflər arasında danışıqların məhsuldar olduğu deyilir. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, tərəflər bəzi detalları artıq razılaşdırıb. Türkiyə mediasının məlumatına görə, məşqçinin adı “Beşiktaş”la hallansa da, klubda bəzi dairələr “Qalatasaray”da böyük uğurlara imza atan Fatih Terimin baş məşqçi olmasına razılıq verməyib.
Qeyd edək ki, Fatih Terim əvvəllər çalışdırdığı “Fiorentina”da baş məşqçi kimi 28 rəsmi oyuna çıxıb. Uğurları ilə adını "Qalatasaray"ın tarixinə qızıl hərflərlə yazan Fatih Terim bu klubla 1 UEFA Kuboku, 8 Super Liqa, 3 Türkiyə Kuboku, 4 Türkiyə Superkuboku çempionu olub.