14 okt 2023 08:25
Avropa İttifaqı (Aİ) Fələstinin HƏMAS radikal hərəkatı ilə qarşıdurmada özünü müdafiə etmək hüququ və öhdəliyi olan İsraili dəstəkləyir.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen İsrailə səfəri zamanı bildirib.
“Bu ağlasığmaz faciə qarşısında yalnız bir mümkün cavab var: Avropa İsrailin tərəfindədir. İsrailin özünü müdafiə etmək hüququ var. Faktiki olaraq o, öz xalqını müdafiə etməlidir. HƏMAS tərəfindən törədilən vəhşilikləri terrordur. Bu, müharibə aktıdır. Heç nə HƏMAS-ın hərəkətlərinə haqq qazandıra bilməz. İsrail və onun xalqı ilə həmrəylik nümayiş etdirməyin vaxtı gəlib çatıb. Mən də məhz buna görə buradayam”, – o deyib.