METBUAT.AZ

Elm və Təhsil

Ali təhsil xərcləri 2 dəfəyə qədər artırılır -

14 okt 2023 14:15

Gələn il təhsil xərcləri 4 549 916 090,0 manat proqnozlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, 2023-cü illə müqayisədə 142 751 761 manat, yaxud 3,2 faiz çoxdur. 2023-cü ildə təhsil xərcləri 4 407 164 329,0 manat nəzərdə tutulub.

2023-cü illə müqayisədə ən çox artım ali təhsil xərcləri sahəsində olacaq. Ali təhsil xərcləri 64 199 313 manat, başqa sözlə, 91 faizə, yaxud 2 dəfəyə qədər artırılaraq 70 606 841,0 manatdan 134 806 154,0 manata qaldırılır. Məktəbəqədər təhsil xərcləri 11,9 faiz artırılaraq 453 018 349,0 manata, ümumi təhsil xərcləri 13 faiz artırılaraq 2 371 983 758,0 manata, peşə təhsili xərcləri 20 faiz artırılaraq 77 135 017,0 manata, orta ixtisas təhsili xərcləri 16.6 faiz artırılaraq 101 114 397,0 manata, əlavə təhsil xərcləri 75 faiz artırılaraq 20 727 009,0 manata yüksəldilir. Gələn il təhsil sahəsində tətbiqi tədqiqatlar 7 586 356,0 manat ayrılır ki, bu da 2023-cü illə müqayisədə 10,1 faiz çoxdur. Təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan xərclər isə azaldılır. 2024-cü ildə bu məqsədlə 1 383 545 050,0 manat ayrılması proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 279 466 574 manat, yaxud 16,8 faiz azdır.


metbuat.az.