METBUAT.AZ

Gündəm

AQTA şagirdlərin dönərdən zəhərlənməsini araşdırır -

25 okt 2023 10:15

Xəbər verdiyimiz kimi, Binə qəsəbəsində dünən 4 müxtəlif məktəbdən olan 21 şagird iaşə obyektlərinin birindən aldıqları dönərlərdən zəhərləniblər.

Metbuat.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhülkəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb:

"Baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəkdir".

Gülər Seymurqızı


metbuat.az.